"Barselona"nın braziliyalı futbolçusu 3-4 həftə futboldan uzaq qalacaq

"Barselona"nın futbolçusu Rafinya Alkantaranın son durumu müəyyənləşib. Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, La Liqanın 29-cu turunda "Qranada" ilə matçda zədə alan braziliyalı yarımmüdafiəçinin 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Bu isə o deməkdir ki, R.Alkantara Çempionlar Liqasının 1/4 finalında "Yuventus"la hər iki görüşü buraxacaq.

Qeyd edək ki, "Barselona" və "Yuventus" arasında matçlar 11 və 19 aprel tarixlərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...