Tanınmış italiyalı mütəxəssis Fabio Kapello ölkəsinin mətbuatına verdiyi açıqlamalarda maraqlı fikirlər səsləndirib. Apasport.az saytının məlumatına görə, İtaliya və Rusiya millisində, eləcə də "Real" və "Milan"dakı işi ilə tanınan Kapello gənc oyunçu Belotti ilə əfsanəvi argentinalı Qabriel Batistutanı müqayisə edib. O, son vaxtlar əla formada olan Belotti haqqında bunları deyib: "Andrea hazırda Avropanın ən yaxşı hücumçularından biridir. O, hara və necə hərəkət edəcəyini yaxşı bilir. Ümumiyyətlə, hansı situasiyada necə hərəkət edəcəyini yaxşı bilir. Texnikalı, sürətli və çox cəlddi. Hətta Batistutadan da yaxşı hücumçudu".
Qeyd edək ki, bu mövsüm A seriyasında 27 oyunda meydana çıxan 23 yaşlı hücumçu 23 qola imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB