Hollandiyalı baş məşqçi Qus Hiddink "Lester"in təklifini rədd edib. Britaniya mətbuatına açıqlama verən 70 yaşlı çalışdırıcı, Klaudio Ranyerinin istefaya göndərilməsindən sonra ona təklif gəldiyini, ancaq qəbul etmədiyini deyib: "Təklifi qəbul etmədim. Onlara dedim ki, Ranyerinin köməkçisini bu vəzifəyə gətirmək daha yaxşı olar. Çünki o, komandanı daha yaxşı tanıyır. İndi Kreyq Şekspirin nəticələrini eşidəndə, haqlı olduğumu görürəm. Buna görə də xoşbəxtəm".
Qeyd edək ki, komanda K.Şekspirin başçılığı altında ardıcıl qələbələr qazanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB