"Seltik"dən 48-ci çempionluq

Şotlandiya çempionatında cari mövsümün qalibi bəlli olub. Qol.az-ın xəbərinə görə, "Seltik" arıdıcıl 6-cı dəfə ölkə çempionu adını qazanıb.
Brendan Rodcersin komandası 30-cu turda səfərdə "Harts"ı 5:0 hesabı ilə məğlub edərək ən yaxın izləyicisi "Aberden"lə xal fərqini 25-ə yüksəldib və sona 8 tur qalmış çempioluğunu rəsmiləşdirib.

Qeyd edək ki, Qlazqo təmsilçisi buna qədər 47 dəfə Şotlandiya çempionu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə