Sloveniyada keçirilən velosipedçilərin Avropa turları seriyası çərçivəsində birgünlük "Adria Mobil" Qran-Prisində təmsilçimiz Kiril Pozdnyakov 6-cı nəticə göstərib. Bu barədə SİA-ya açıqlamasında Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev məlumat verib.
Onun sözlərinə görə, yarışda idmançılar 184 km-lik məsafəni qət ediblər: "Qran-Pridə çıxış edən "Synergy Baku" kontinental komandasının tərkibində ən yaxşı nəticəni K.Pozdnyakov göstərib. O, finişi liderlə eyni vaxtda keçsə də fotofinişə əsasən 6-cı olub. İdmançımız ümumi olaraq məsafəni 4 saat 16 dəq 1 saniyəyə başa vurub. Bu nəticə ilə K.Pozdnyakov reytinq xalını yüksəldib. Belə ki, idmançımızın aktivinə10 reytinq xalı yazılıb".
Qeyd edək ki, "Synergy Baku"nun tərkibində K.Pozdnyakovla yanaşı, Yosip Rumaç, Ənvər Asanov, İsmayıl İlyasov, Elgün Əlizadə, Elçin Əsədov, Kənan Qəhrəmanlı və Musa Mikayılzadə də yarışıblar. Bu turnir 18 yaşlı M.Mikayılzadənin "Synergy Baku"nun heyətində debütü olub.
Onu da nəzərinizə çatdıraq ki, komandamız bu yarışdan sonra Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı ongünlük Mərakeş turunda iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB