Neymar Rivaldo və Evaristoya çatdı

Neymar Rivaldo və Evaristoya çatdı

"Barselona"nın futbolçusu Neymar üçün İspaniya La Liqasının 29-cu turunda "Qranada" ilə oyun (4:1) əlamətdar olub. SİA-nın məlumatına görə, matçın 90-cı dəqiqəsində fərqlənən braziliyalı hücumçu Kataloniya klubundakı 100-cü qolunu vurub. O, bu qolları 177 oyunda rəqib qapısından keçirib.

Qeyd edək ki, Neymar klubun tarixində 100 qol vuran 3-cü braziliyalı oyunçu olub. Bundan əvvəl Rivaldo (130 qol) və Evaristo (105) 100 qol səddinə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə