"Qarabağ"la "Qəbələ" arasında xal fərqi 4-ə yüksəldi

Futbol üzrə Topaz Premyer Liqasında XXIV turun oyunları keçirilir. Turun ilk oyunu Sumqayıtda keçirilib. Eyniadlı komanda "Neftçi"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Həftəarası ölkə kubokunda "Neftçi" kimi məğlubiyyət acısı yaşayan "İnter" AZAL-ı qəbul edib. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1. Bu məğlubiyyətlə AZAL-ın Premyer Liqanı tərk etməsi rəsmiləşib.

Lider "Qarabağ" Respublika stadionun "Kəpəz"lə üz-üzə gəlib və qələbə qazanıb. Turun mərkəzi matçı isə Qəbələdə oynanılıb. "Qırmızı-qaralar" Zirəni qəbul edib və 2 mühüm xal itirib. Bununla da "Qarabağ"la "Qəbələ"" arasında xal fərqi 4-ə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə