“PSJ” Fransa liqa kubokunu qazanıb

Fransa liqa kubokunun finalında "Monako" komandasını 4:1 hesabı ilə məğlub edən "PSJ" klubu ardıcıl dördüncü dəfə bu turnirin qalibi olub. Qarşılaşmada hesabı matçın 4-cü dəqiqəsində PSJ-nin heyətində Yulian Draksler açıb. Oyunun 27-ci dəqiqəsində Tomas Lemar hesabı bərabərləşdirsə də, ilk hissənin sonuna bir dəqiqə qalmış Anxel Di Maria "PSJ"ni yenidən irəli çıxarıb – 2:1.

İkinci hissədə də üstün oynayan "PSJ" 54-cü və 90-cı dəqiqələrdə Edinson Kavaninin qolları ilə qələbəsini rəsmiləşdirib. Bu, E.Kavaninin cari mövsümdə "PSJ"nin heyətində keçirdiyi 40-cı oyunda 40-cı qolu olub. Bu qələbə sayəsində "PSJ" ümumilikdə 7-ci dəfə Fransa liqa kubokunun qalibi adını qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...