“Qalatasaray” braziliyalı futbolçu transfer edəcək?

“Qalatasaray” braziliyalı futbolçu transfer edəcək?

Uzun müddətdir müdafiəçi axtarışında olan "Qalatasaray" Brazilyanın "Palmeyras" klubunun futbolçusu Vitor Huqonu transfer edə bilər. Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, "sar-qırmızılar" 25 yaşı müdafiəçinin meneceri ilə həftəsonu İstanbulda görüşəcək.

Brazilya klubu gənc futbolçunun keçidi üçün 8 milyon avro istəyib. "Qalatasaray"ın isə bu məbləği 5 milyon avroya endirmək üçün danışıqlar aparacağı gözlənilir. Qeyd edək ki, V.Huqonun "Palmeyras" ilə 2020-ci ilə qədər müqaviləsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə