Premyer Liqada XXIV turun oyunları keçiriləcək

Premyer Liqada XXIV turun oyunları keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun oyunları keçiriləcək. SİA-nın verdiyi məlumata görə, həftənin bütün matçları eyni gündə baş tutacaq.

İlk görüş Sumqayıtda, şəhərin eyni adlı təmsilçisi ilə "Neftçi" arasında olacaq. Meydan sahibləri avrokuboka vəsiqə verən 4-cü yeri iddiasını davam etdirmək üçün "ağ-qaralar"ı məğlub etməlidir. Rəqibini ilk iki dövrədə üstələyən meydan sahibi bunu bacaracağı təqdirdə, qonaqların durumu çətinləşəcək.

Günün ikinci oyununda AZAL-ın elita ilə vidalaşması rəsmiləşə bilər. Cari mövsümdə keçirdiyi 23 oyundan yalnız birində qalib gələn Şüvəlan təmsilçisi "İnter"i məğlub edə bilməyəcəyi halda I diviziona düşəcək.

Çempionluğa namizəd "Qarabağ"la "Qəbələ"nin matçları eyni saatda 18:30-da başlayacaq. Böyük ehtimalla, Azərbaycan kubokunun finalında da üz-üzə gələcək kollektivlər növbəti oyunlarını evdə keçirəcəklər. "Qarabağ" "Kəpəz"i, "Qəbələ" isə "Zirə"ni qonaq edəcək.

Azərbaycan Premyer Liqası

XXIV tur

2 aprel (bazar)

16:30 "Sumqayıt" – "Neftçi"

Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Cəmil Quliyev, Ramil Diniyev

AFFA nümayəndəsi: Abbas Hüseynov

Hakim-inspektor: Şaiq Həmidov

"Kapital Bank Arena" ("CBC Sport"/canlı)

İlk üç dövrə - 2:1, 2:0, 0:1

17:00. "İnter" – AZAL

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elşad Abdullayev, Fariz Yusifov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Kərim Ağayev

Bakı. "İnter Arena"

İlk üç dövrə - 3:1, 3:0, 1:0

18:30 "Qarabağ" – "Kəpəz"

Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Vüsal Qənbərov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Məlik Həsənov

Tofiq Bəhramov adına Respublika stadionu

İlk üç dövrə - 1:1, 1:0, 1:0

18:30 "Qəbələ" – "Zirə"

Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Cavanşir Yusifov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Rövşən Əhmədov

Qəbələ şəhər stadionu ("CBC Sport"/canlı)

İlk üç dövrə - 2:0, 1:0, 2:2

Bütün xəbərlər Facebook səhifəmizdə