"Liverpul" "Everton"a qalib gəlib

Dünən futbol üzrə İngiltərə Premyer Liqasında 30-cu tura start verilib. Turun ilk oyununda "Liverpul" doğma meydanda "Everton"la qarşılaşıb. Matç Yurgen Kloppun komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Liverpul" - "Everton" - 3:1
Qollar:
Sadio Mane, 8 (1:0), Mettyu Penninqton, 28 (1:1), Filipp Koutinyo, 31 (2:1), Divok Origi, 60 (3:1)

Qeyd edək ki, 59 xalı olan "Liverpul" hazırda 3-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...