Macarıstan millisinin sabiq qapıçısı Qabor Kiray klubu "Haladeş"lə yeni müqavilə imzalayıb. Bu barədə klubun saytı məlumat yayıb. Xəbərə görə, 41 yaşlı qolkiper Macarıstan təmsilçisi ilə müqavilənin müddətini 2019-cu ilə qədər uzadılıb. Bu isə o deməkdir ki, o, ən azı 43 yaşına kimi futbol oynayacaq. Qeyd edək ki, "Avro-2016"da iştirak edən Q.Kiray Avropa çempionatlarının final tarixinin ən yaşlı futbolçusu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB