Yurgen Klopp: Braziliya “Liverpul” kimi oynamaq istəyir

"Liverpul"un baş məşqçisi Yurgen Klopp hesab edir ki, komandasının oyun üslubunu Brazliya millisinin çalışdırıcısı Tite təkrarlamaq istəyir. Goal.com-un yaydığı xəbərə görə, alman məşqçi deyib: "Tite bizim oyunumuzu bəyənir. Yüz faiz əmin deyiləm, amma məncə, Braziliya "Liverpul" kimi oynamaq istəyir. Bununla əlaqədar Tite ilə bir neçə dəfə söhbətimiz də olub. Dediklərimə misal olaraq, Firminonu göstərə bilərəm. O, bizdə də, Braziliyada da "doqquz nömrəli mövqe"də oynayır. Bəlkə də bu, heç pis ideya deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə