İsrail real təhdid yaranacağı təqdirdə Suriya ərazisində Hizbullah və digər iranyönlü qruplaşmalara qarşı hərbi əməliyyatlar keçirməyə hazırdır. Bunu "İnterfaks" agentliyinə müsahibəsində İsrailin Rusiyadakı səfiri Harri Koren söyləyib.
"İran rejimi həmişə Suriya və Hizbullahı dəstəkləməkdə maraqlı olub. Tehran onlardan effektiv müttəfiq kimi istifadə edərək, İsrailə qarşı təhdid yaradıb. Qolan təpələrində vəziyyət gərginləşsə və İran burada ikinci cəbhə açsa, İsrail dərhal reaksiya verəcək", – deyə o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB