Jalə Rzabəyli: “Sport Time” həm idmançılar, həm də ziyalılar tərəfindən sevilir”

"Ölkəmizin idman siyasətinə, idmanın inkişafına xidmət göstərən "Sport Time" jurnalı iki ildir fəaliyyət göstərir. Bu yaxınlarda keçirdiyimiz təqdimatda jurnalın fəaliyyəti ictimaiyyətə təqdim olundu. Dərgi bu müddət ərzində idman ictimaiyyəti və ziyalılar tərəfindən maraqla qarşılanıb. Ünvanımıza deyilən dəyərli sözlər bizi olduqca sevindirir. Sport Time"ın həm idmançılar, həm də ziyalılar tərəfindən sevilməsi uğurlu nəticədir. Yaradıcı insanlar daim yeniliyə, uğura can atırlar. Biz də çalışırıq ki, gördüyümüz işi yüksək səviyyədə təqdim edək. Fəaliyyətimiz bundan sonra da davam edəcək. Federasiya və kublarda idmançılarla görüşlər təşkil etmək, müxtəlif sorğular keçirmək, qalibləri mükafatlandırmaq və buna bənzər bir çox yaradıcı addımlar atmağı düşünürük. Bildiyiniz kimi ölkəmiz Dördüncü İslam Həmrəyliyi Oyunları və "Formula -1" yarışları keçirməyə hazırlaşır. Bu mötəbər yarışlarda idmançılarımıza uğurlar arzu edirik. Belə mötəbər yarışlarda aparılan təbliğat işlərinə qoşulmaq isə hər bir idman jurnalistinin vəzifəsidir. Onu da deyim ki, "Sport Time" jurnalının növbəti sayı ölkəmizdə keçirilən dördüncü İslam Həmrəyliyi Oyunlarına həsr olunacaq". Bu sözləri SİA-ya verdiyi müsahibədə "Sport Time" dərgisinin baş redaktoru Jalə Rzabəyli bildirib.

O, əlavə edib ki, dərginin yaradıcı kollektivi İslam Həmrəyliyi Oyunları ilə bağlı təbliğat xarakterli tədbirlər keçirməyə də davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...