Sloveniyada velosipedçilərin Avropa Turları seriyası çərçivəsində birgünlük "Adria Mobil" Qran Prisi keçiriləcək. SİA-nın məlumatına görə, Azərbaycanın "Synergy Baku" kontinental komandası da yarışda iştirak edəcək. Komandamızın heyətində Yosip Rumaç, Ənvər Asanov, İsmayıl İlyasov, Elgün Əlizadə, Elçin Əsədov, Kənan Qəhrəmanlı, Kiril Pozdnyakov və Musa Mikayılzadə çıxış edəcək.
18 yaşlı Musa üçün bu "Synergy Baku"nun heyətində debüt yarışıdı.
Qeyd edək ki, yarış aprelin 2-də keçiriləcək. Bundan sonra isə komanda Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı 10 günlük "Mərakeş Turu"nda iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB