"Çelsi"nin kapitanı Con Terri daha bir mövsüm komandada qala bilər. SİA-nın məlumatına görə, "zadəganlar" 36 yaşlı futbolçuya yeni müqavilə təklif etmək niyyətindədirlər. Terri 1995-ci ildən London klubunda çıxış edir. Baş məşqçi Antonio Konte onun "Çelsi"də əsas fiqur kimi qaldığına əmindir. Ondan başqa Eden Hazara da yeni müqavilə təklif olunacaq. "Real"ın maraqlandığı belçikalı yarımmüdafiəçiyə həftəlik 300 min funt məvacib vəd edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB