"Borussiya"nın futbolçusu Andre Şürrle Almaniya milli komandasının düşərgəsindən klubuna zədəli halda qayıdıb. Almaniya mətbuatının yazdığına görə, bu barədə Dortmund klubunun baş məşqçisi Tomas Tuxel məlumat verib. O bildirib ki, 27 yaşlı oyunçu Bakıda Azərbaycan millimizlə oyun zamanı zədə alıb. T.Tuxel bu səbəbdən A.Şürrlenin "Şalke" ilə matçda oynamayacağını deyib.
Qeyd edək ki, Andre Şürrle millimizlə görüşdə dubla imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB