Bu gün kişi basketbolçular arasında final mərhələsinə start veriləcək

Bu gün kişi basketbolçular arasında final mərhələsinə start veriləcək

Kişi basketbolçular arasında Azərbaycan çempionatının final mərhələsinin oyunlarının vaxtı məlum olub. Həlledici görüşlər aprelin 1-də başlayacaq.

Əvvəlcə bürünc medallar uğrunda mübarizə aparan "Marşallar" və "Dərviş" komandaları qarşılaşacaq. Görüş saat 14:00-da başlayacaq. Saat 15:30-da isə final görüşündə "NTD" və "80-lər" basketbol klubları qarşılaşacaq. Oyunlar "The Club Port Baku"nun basketbol arenasında keçiriləcək.

Qeyd edək ki, aprelin 2-də isə uşaq-yeniyetmə basketbol liqasının növbəti turunun oyunları təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə