Lukaku İngiltərədə ötən ayın ən yaxşı futbolçusu seçildi

Lukaku İngiltərədə ötən ayın ən yaxşı futbolçusu seçildi

İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı futbolçusu müəyyənləşib. İngiltərə futbol qurumunun rəsmi saytında yer alan xəbərə görə, "Everton"un hücumçusu Romelu Lukaku martın ən yaxşı oyunçusu seçilib. O, azarkeşlər arasında keçirilən səsvermədə, Coşua Kinq ("Bornmut"), Corcinyo Vaynaldim ("Liverpul"), Mamade Sako ("Kristal Palas"), Artur Boruç ("Bornmut"), Natan Redmondu ("Sauthempton") qabaqlayıb. Qeyd edək ki, R.Lukaku ötən ay 4 qol vurub, 2 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə