Macarıstanın Szombathely şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Dördüncü yarış günündə 53, 58, 63 və 75 kq çəkidə qadın güləşçilər mübarizə aparır. Güləşçilərimiz 3 çəkidə təmsil olunur.
53 kq-da mübarizə aparan Leyla Qurbanova Almaniya, Polşa və Moldovadan olan rəqiblərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Finalda güləşçimizin rəqibi Ukrayna idmançısı olacaq.
58 kq çəkidə yarışan Alyona Kolesnik Polşa və Rusiyadan olan rəqiblərini tam üstünlüklə məğlub etsə də yarımfinalda təcrübəli Ukrayna idmançısına uduzub. Güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb.
Final görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
53 kq
FİNAL - Lilya Horişna (UKR) - Leyla Qurbanova
1/2 final - Leyla Qurbanova - Yulia Leorda (MDA) 12:2
1/4 final - Paula Kozlov (POL) - Leyla Qurbanova 1:3
1/8 final - Leyla Qurbanova - Annika Vendle (GER) 13:2 (tuşe)
58 kq
Bürünc medal görüşü - Alyona Kolesnik
1/2 final - Tetyana Kit (UKR) - Alyona Kolesnik 5:2
1/4 final - Veronika Çumikova (RUS) - Alyona Kolesnik 0:6 (tuşe)
1/8 final - Katarzyna Madrovska (POL) - Alyona Kolesnik 0:10
63 kq
Təsəlliverici görüş - Yuliana Yaneva (BUL) - Elmira Qəmbərova 7:6
1/4 final - Petra Olli (FİN) - Elmira Qəmbərova 5:2
1/8 final - Elmira Qəmbərova - Natalia Gizela Kubaty (POL) 5:0 (tuşe)
Görüşləri aşağıdakı linkdən canlı izləmək mümkündür.
https://unitedworldwrestling.org/event/u23-european-championships
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB