Faiq Həsənov: “Şəmkir superturnirində ən güclü şahmatçılar mübarizə aparacaqlar” AÇIQLAMA
"Aprel ayında Şəmkirdə mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr edilən sayca 4-cü superturnir keçiriləcək. Yarışda ölkəmizi milli komandamızın üzvləri, tanınmış şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcək". Bunu SİA-ya açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Faiq Həsənov deyib.
O qeyd edib ki, aprelin 20-dən 30-dək davam edəcək turnirdə dünyanın ən güclü şahmatçıları mübarizə aparacaqlar: "Yarışda dünyanın ən güclü
9 qrossmeysteri iştirak edəcək. Onlar bir dövrədə yarışacaqlar. Şəmkirdə Şəhriyar və Teymurla yanaşı, keçmiş dünya çempionları rusiyalı Vladimir Kramnik və bolqar Veselin Topalov, digər rusiyalı zəka sahibi Sergey Karyakin, hazırda dünyanın 2-ci şahmatçısı sayılan amerikalı Uesli So, ingilis Maykl Adams, hindistanlı Pentala Harikrişna, ukraynalı Pavel Elyanov, polyak Radoslav Voytaşek mübarizə aparacaqlar".
F.Həsənov bildirib ki, ilk 40 gediş üçün 2 saat, növbəti 20 gediş üçün 1 saat, 61-ci gedişdən partiyanın sonuna qədər 15 dəqiqə üstəgəl hər gediş üçün 30 saniyə müəyyənləşdiriblib.
Qeyd edək ki, 2014 və 2015-ci illərdə Şəmkir turnirinin qalibi olan dünya çempionu, norveçli Maqnus Karlsen bu dəfə aprelin 15-dən 22-dək Baden-Badendə turnirdə olacaq. Turnirlərin vaxtı eyni olduğuna görə o, Şəmkirə gələ bilməyəcək.
İştirakçılardan yalnız Veselin Topalov bu turnirdə ilk dəfə mübarizə aparacaq.
Xatırladaq ki, keçən il superturnirin qalibi Şəhriyar Məmmədyarov olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB