İngiltərə Premyer Liqasının 30-cu turunda öz meydanında "Kristal Pelas"ı qəbul edəcək "Çelsi" oyunöncəsi şad xəbər alıb. SİA-nın məlumatına görə, London klubunun 2 aparıcı üzvü - Tibo Kurtua və Eden Hazar şənbə günü keçiriləcək görüşdə meydana çıxa biləcəklər. Adıçəkilən futbolçular bu gündən etibarən komanda ilə birgə məşqlərə başlayıblar.
Həm Hazar, həm də Kurtua zədəli olduqlarından Belçika millisinin 2 gün əvvəl Rusiyaya qarşı keçirdiyi yoxlama oyununu kənardan izləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB