"Qol vurmaq üçün intellekt yüksək olmalıdır"

"Qol vurmaq üçün intellekt yüksək olmalıdır"

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan kubokunun yarımfinalında Bakı "İnter"i ilə ilk oyundan (3:1) sonra mətbuat konfransı keçirib. Ukraynalı mütəxəssis mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Komandanız son oyunlarda xeyli sayda qol vəziyyəti yaratsa da, reallaşdırmaqda çətinlik çəkir. Bu nə ilə bağlıdır?

- Səbəblər bir neçədir. Bir sözlə ifadə etsək, ustalıq səviyyəsi çatmır. Uşaqlara yazığım gəlir, qol vəziyyətləri çox olsa da, istifadə edə bilmirlər. Bunun üzərində işləməliyik. Qol vurmaq üçün intellekt yüksək olmalıdır.

- Buradan çıxandan sonra otelə gedəcəksiniz, yoxsa "Bakcell Arena"ya?

- Xeyr, stadiona getməyəcəm. Öz oyunlarımızı düşünürük. İstirahət etmək lazımdır.

- Daniel Subotiç əvəzlənərkən məyus görünürdü. Zədəsi var idi?

- Xeyr, buna zədə deməzdim. Onu başa düşürəm, 2 qol vurdu. Yenə də fərqlənə bilərdi. Ona görə də, məyusluğunu anlayıram.

Bütün xəbərlər Facebook səhifəmizdə