Mayk Loynd: "Bakı-2017"yə gələcək ölkələrin nəqliyyat xərclərini Azərbaycan tərəfi ödəməyəcək"
"IV İslam Həmrəyliyi Oyunlarına gələcək ölkələrin nəqliyyat xərclərini Azərbaycan tərəfi ödəməyəcək". SİA-nın məlumatına görə, bunu IV İslam Həmrəyliyi Oyunlarının əməliyyatlar üzrə baş direktoru Mayk Loynd Azərbaycan Hava Yolları QSC (AZAL) ilə tərəfdaşlığa dair sazişin imzalanma mərasimində deyib.
O bildirib ki, iştirakçı ölkələrin əksəriyyəti səfər xərclərini özləri çəkəcəklər: "Bir neçə ölkənin müəyyən dəstəyə ehtiyacı yarana bilər. Bunu isə beynəlxalq donor qurumlar ödəyəcəklər. Azərbaycan tərəfinin heç bir məsuliyyəti olmayacaq".
AZAL-ın vitse-prezidenti Eldar Hacıyev isə deyib ki, anlaşmaya əsasən, iştirakçı ölkələr avia şirkətin bütün infrastrukturundan istifadə edə biləcəklər.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda Bakıda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB