"Qəbələ" "İnter"ə, "Qarabağ" "Neftçi"yə qarşı

"Qəbələ" "İnter"ə, "Qarabağ" "Neftçi"yə qarşı

Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. Qol.az-ın xəbərin görə, "İnter" öz meydanında "Qəbələ"ni qəbul edəcək. Premyer Liqanın turnir cədvəlində qonşu pillələrdə qərarlaşan bu komandaların kubokdakı mübarizələri maraqla gözlənilir. Digər görüşdə isə "Neftçi" əzəli rəqiblərindən olan "Qarabağ"ı qəbul edəcək. Çempionatda işləri yaxşı getməyən paytaxt klubu əsas diqqəti kubok oyununa yönəldib. Bu baxımdan gərgin oyun olacağı gözlənilir.

30 mart

Azərbaycan kuboku

Yarımfinalın ilk oyunları


17:00 "İnter" – "Qəbələ"
Hakimlər:
Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev
"İnter Arena"

19:30 "Neftçi" – "Qarabağ"
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəhim Həsənov
"Bakcell Arena"

Bütün xəbərlər Facebook səhifəmizdə