Futzal millimiz Moldova yığmasına qalib gəlib

Futzal millimiz Moldova yığmasına qalib gəlib

Dünən futzal üzrə Azərbaycan və Moldova milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.Bakı İdman Sarayında keçirilən qarşılaşma 6:1 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatıb.Komandamızın heyətində qolları Xətai Bağırov, Eduardo Mello Borges, Fineo de Arauxo, Oliveira Viliams De Naskimento, Teles Martins Tyaqo və Faiq Əliyev vurublar. Rəqib komandanın heyətində isə Kristian Obada fərqlənib.

Martın 30-da saat 18:30-da Bakı İdman Sarayında komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə