"Yuventus"un futbolçusu üçün mövsüm başa çatıb

"Yuventus"un futbolçusu üçün mövsüm başa çatıb

"Yuventus"un futbolçusu Marko Pyaça ciddi zədə alıb. Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Xorvatiya milillisinin üzvü Estoniya ilə yoldaşlıq matçında dizindən zədələnib. Onun əməliyyat olunacağı gözlənilir. 21 yaşlı hücumçu mövsümün sonuna qədər meydana çıxa bilməyəcək. Qeyd edək ki, Pyaça ötən ilin yayında Zaqreb "Dinamo"sundan transfer edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə