AÇ-nin 2-ci günündə 1 qızıl və 2 bürünc medal şansı

AÇ-nin 2-ci günündə 1 qızıl və 2 bürünc medal şansı

Macarıstanın Szombathely şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. SİA-nın məlumatına görə, güləşçilərimiz ilk yarış gününü 1 qızıl və 1 bürünc medalla başa vurub. Teymur Məmmədov (65 kq) qızıl, İsmayıl Abdullayev (74 kq) bürünc medal qazanıb.

İkinci yarış günündə 61, 70, 86 və 125 kq çəkidə sərbəst güləşçilər mübarizə aparır.

61 kq-da mübarizə aparan Əli Rəhimzadə ardıcıl olaraq Almaniya və Belarusdan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda Rusiya idmançısı ilə gərgin keçən görüşü uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb.

70 kq çəkidə təmsilçimiz Hacımurad Ömərov Gürcüstan, Moldova və Belarusdan olan rəqiblərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Finalda onun rəqibi Rusiya idmançısı olacaq.

74 kq-da yarışan Kənan Əliyev Belarus və İtaliyadan olan rəqiblərini üstələsə də, yarımfinalda yerli macar idmançı ilə gərgin keçən görüşdə məğlub olub. Axşam proqramında güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq.

Final görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

61 kq

Bürünc medal görüşü - Əli Rəhimzadə

1/2 final - Əli Rəhimzadə - Hacımurad Rəşidov (RUS) 2:4

1/4 final - Huseyn Şaxbanau (BLR) - Əli Rəhimzadə 0:5

1/8 final - Nico Antonio Zarcone (GER) - Əli Rəhimzadə 3:5

70 kq

FİNAL - Zaurbek Sidakov (RUS) - Hacımurad Ömərov

1/2 final - Surxo Raşitxanau (BLR) - Hacımurad Ömərov 0:5 (tuşe)

1/4 final - Toma Vascan (MDA) - Hacımurad Ömərov 0:10

1/8 final - Mirza Sxulukia (GEO) - Hacımurad Ömərov 1:12

86 kq

Bürünc medal görüşü - Kənan Əliyev

1/2 final - Kənan Əliyev - Bendeguz Toth (HUN) 6:8

1/4 final - Aron Caneva (İTA) - Kənan Əliyev 0:8

1/8 final - Kənan Əliyev - Abdulla Ömərov (BEL) 5:2

125 kq

1/8 final - Umar İsrailov - Danylo Kartavyi (UKR) 6:14

Bütün xəbərlər Facebook səhifəmizdə