"Qalatasaray"ın növbəti transfer hədəfi məlum olub. SİA-nın məlumatına görə, İstanbul klubu Moskva MOİK-inin yarımmüdafiəçisi Zoran Toşiçi transfer etmək istəyir. Klub rəhbərliyi artıq serb futbolçunun meneceri ilə danışıqlara başlayıb.
Toşiçin "hərbçilər"lə müqaviləsi mövsümün sonunda bitir. Bu səbəbdən də o, "Qalatasaray"a azad agent kimi qoşula bilər.
Qeyd edək ki, Toşiç cari mövsüm MOİK-in heyətində keçirdiyi 17 oyunda 1 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB