Millimizin rəqibləri məğlub olublar

Millimizin rəqibləri məğlub olublar

AVRO-2019-un seçmə mərhələsində 21 yaşadək futbolçulardan ibarət milli komandamızla birgə 5-ci qrupda yer alan Almaniya və Norveç yığmaları bu gün yoxlama oyunu keçiriblər. SİA-nın məlumatına görə, Almaniya öz meydanında Portuqaliyaya uduzub - 0:1.

Elə Norveç də məğlubiyyət acısı yaşayıb. Skandinaviyalılar Rusiya ilə bacarmayıblar - 0:2.

Qeyd edək ki, U-21 millimiz seçmə mərhələdəki ilk görüşünü avqustun 31-də səfərdə İsrailə qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə