Jurnalistlərin akkreditasiyadan keçmə müddəti uzadılıb

Jurnalistlərin akkreditasiyadan keçmə müddəti uzadılıb

12-22 May 2017-ci il tarixlərində Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi oyunlarını işıqlandırılmaq arzusunda olan media nümayəndələrinin akkreditasiyadan keçmə müddəti rəsmi olaraq uzadılıb. SİA-nın məlumatına görə, akkreditasiyadan keçmək üçün son tarix ilkin olaraq cümə günü, 31 mart tarixi seçilmişdi. Lakin mətbuat nümayəndələri tərəfindən göstərilən böyük maraq və vaxtın uzadılması ilə bağlı çoxsaylı müraciətlər nəzərə alınaraq həmin tarix bazar günü, 9 aprel, günün sonunadək uzadılıb.

Məlumat üçün bildirək ki, akkreditasiya yazılı mətbuat, fotoqraflar və rəsmi yayım hüququ olmayan televiziya və radio şirkətləri üçün nəzərdə tutulur.

Bakı 2017 Oyunlarını işıqlandırmaqda maraqlı olan mətbuat nümayəndələrinə akkreditasiyadan keçmək üçün son tarixdən öncə müraciət etmələri tövsiyə edilir. Çünki həmin tarixdən sonrakı müraciətlər qəbul edilməyəcəkdir.

Media nümayəndələri baku2017.com saytının müvafiq bölməsinə daxil olaraq qeydiyyat prosesi barədə ətraflı məlumat toplayıb, akkreditasiya üçün müraciət edə bilərlər. https://www.baku2017.com/az/media/yerli-mtbuatin-akkreditasiya-prosesi

Bu bölmədə media nümayəndələri üçün akkreditasiyadan keçmək məqsədi ilə qoyulan tələblər, eyni zamanda oyunlar zamanı onlar üçün yaradılacaq şərait və təklif olunan xidmətlər barədə geniş məlumat yer alıb.

Akkreditasiya forması ilə bağlı müraciəti 9 aprel 2017-ci il tarixinədək bu ünvana göndərmək xahiş olunur: [email protected]

Bütün xəbərlər Facebook səhifəmizdə