Robert Prosineçki: "Xorvatiya güclü komandaya qalib gəlib"

Robert Prosineçki: "Xorvatiya güclü komandaya qalib gəlib"

Millimizin baş məşqçisi Robert Prosineçki ölkəsinin mətbuatına açıqlama verib. SİA-nın məlumatına görə, o, açıqlamasında Xorvatiya - Ukrayna matçında qeydə alınan nəticəyə görə yığmanı tənqid edənləri qınayıb. Məsələ burasındadır ki, sözügedən qarşılaşmada Xorvatiya millisi rəqib üzərində 1:0 hesablı qələbəyə sevinib. Prosineçki də, açıqlamasında qələbəyə baxmayaraq, edilən tənqidlərə təəccübləndiyini bildirib: "Bizdə qəribə adamlar var. Komanda qalib gəlib, amma tənqid edirlər. Halbuki, Xorvatiya güclü komandaya qalib gəlib. Andrey Şevçenkonun gəlişindən sonra Ukrayna millisi daha yaxşı çıxış edir. Fikrimcə, bu qələbə sayəsində Xorvatiya Rusiyada keçiriləcək dünya çempionatına doğru ciddi addım atdı".

Bütün xəbərlər Facebook səhifəmizdə