Yığmamız bu gün yoldaşlıq oyunu keçirəcək

Yığmamız bu gün yoldaşlıq oyunu keçirəcək

Bu gün İstanbul şəhərində 21 yaşadək futbolçulardan ibarət Türkiyə və Azərbaycan yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. SİA-nın məlumatına görə, Recep Tayyip Erdoğan adına stadionda təşkil olunacaq qarşılaşma yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 18:00) başlayacaq. Türkiyə Futbol Federasiyasının rəsmi saytının məlumatına əsasən, oyun NTV Spor kanalında canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə