İtaliyada ötən mövsümün ən yaxşı baş məşqçisi müəyyənləşib. SİA-nın məlumatına görə, A və B seriyalarının məşqçiləri arasında keçirilən səsvermənin nəticəsinə əsasən, "Napoli"nin baş məşqçisi Maurizio Sarri 2015/2016 mövsümünün ən yaxşı çalışdırıcısı seçilib. O, mümkün 61 səsdən 25-ini toplayıb. İkinci yeri 3 səs az toplayan "Yuventus"u çalışdıran Massimiliano Alleqri tutub. Eusebio Di Françesko ("Sasuolo") üçüncü olub.
Qeyd edək ki, M.Sarrinin komandası ötən mövsüm İtaliya A seriyasını 2-ci pillədə başa vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB