Türkiyə millisi Moldova yığmasını məğlub edib

Türkiyə millisi Moldova yığmasını məğlub edib

Türkiyə milli komandası yoldaşlıq oyunu keçirib. SİA-nın məlumatına görə, Fatih Terimin rəhbərlik etdiyi komanda Əskişəhərdə Moldova yığması ilə üz-üzə gəlib. Əsasən gənc futbolçularla mübarizə aparan "ay-ulduzlular" 3:1 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, türklər DÇ-2018-in seçmə mərhələsinin son oyununda Finlandiyanı 2:0 hesabı ilə məğlub ediblər.

27 mart

Yoldaşlıq oyunu

Türkiyə - Moldova 3:1

Qollar: Əmrə Mor, 14 (1:0), Ahmet Çalık, 24 (2:0), Cengiz Ünder, 52 (3:0), Radu Ginsari, 90+1 (3:1)

Bütün xəbərlər Facebook səhifəmizdə