Azərbaycanlı idmançı: Qələbəmi şəhidlərimizin əziz xatirəsinə həsr edirəm
Azərbaycanın peşəkar kikboksçusu, dünya kəmərinin sahibi Xəyal Əhmədov Almaniyanın Bohum şəhərində qarışıq döyüş növləri (MMA) və K1 versiyaları üzrə beynəlxalq turnirin qalib olub.
Müxtəlif beynəlxalq turnirlərin qalibi olan idmançımız qələbəsini torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda həlak olan qəhrəman Vətən övladlarının xatirəsinə həsr etdiyini bildirib. Davamlı dəstəyə görə Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyinə minnətdarlıq edən idmançı deyib: "Kikboksçu olmağımla qürur duyuram. Federasiyamızın uğurları davam edir. Beynəlxalq uğurlarımızla yanaşı, ilk dəfə olaraq, kadetlər və yeniyətmələr arasında Azərbaycan birinciliyi yüksək səviyyədə keçdi. Bundan sonra da uğurlarımız davam edəcək. Qarşıdan aprel hadisələrinin ildönümü yaxınlaşır. Bu qələbəmi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman qardaş və bacılarımızın əziz ruhlarına həsr edirəm. Uğurlarımızın arxasında onların torpaqlarımız uğrunda axan qanları durur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB