Gimnastika hakimlərimiz yeni dərəcələr alıblar

Gimnastika hakimlərimiz yeni dərəcələr alıblar

Tbilisidə keçirilən batut, tamblinq və ikili mini batut üzrə beynəlxalq hakimlik kurslarının nəticələri açıqlanıb. SİA-nın məlumatına görə, kurslarda iştirak etmiş Azərbaycan təmsilçiləri Kamil Quliyev batut gimnastikası üzrə 4-cü, Abdulla Qasımov tamblinq üzrə 4-cü, Adil Hüseynzadə isə tamblinq üzrə 3-cü hakimlik dərəcəsini əldə ediblər.

Bu kateqoriyalar hazırki Olimpiya dövrü ərzində (2017-2020) qüvvədə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə