Azərbaycanlı hakimlərin növbəti uğuru

Azərbaycanlı hakimlərin növbəti uğuru

Ukraynanın Vinnitsa şəhərində akrobatika gimnastikası üzrə beynəlxalq hakimlik kursları keçirilib. SİA-nın məlumatına görə, seminarda iştirak etmiş Azərbaycan təmsilçiləri imtahanlardan müvəffəqiyyətlə keçiblər. Aynur Hüseynova, Leyla Mehdizadə, Səbinə Məmmədova və Lalə Abdullayeva 4-cü, Dürdanə Əhmədova isə 3-cü hakimlik kateqoriyası əldə ediblər.

Qeyd edək ki, bu kateqoriyalar hazırkı Olimpiya dövrü ərzində (2017-2020-ci illər) qüvvədə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə