Reynaldo zədələnib

"Qarabağ"dan "Adanaspor"a transfer olunan Reynaldo Silva zədələnib. SİA-nın məlumatına görə, bu haqda Türkiyə mətbuatı məlumat yayıb. Braziliyalı futbolçunun müalicəsi davam etdiyindən o, komandasının son məşqlərinə qatılmayıb. Onun aprelin 3-də superliqada "Qalatasaray"a qarşı matçda iştirak edib-etməyəcəyi bilinmir.

Qeyd edək ki, Reynaldo son olaraq martın 11-də "Karabükspor"la oyunda meydana çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə