Baş katib: “Dopinqlə ciddi mübarizə aparılır” AÇIQLAMA

Baş katib: “Dopinqlə ciddi mübarizə aparılır” AÇIQLAMA

"Xorvatiyanın Split şəhərində keçiriləcək ağır atletika üzrə Avropa çempionatında yalnız kişilərdən ibarət yığmamız iştirak edəcək. Aprelin 2-dən 8-dək davam edəcək yarışda 4 atletimiz - 62 kq çəki dərəcəsində Məmmədli Məhəmməd, 69 kq-da İsa Rüstəmov, 85 kq-da Kamran İsmayılov və 94 kq-da isə Hüseyn İsmayılov mübarizə aparacaq". Bunu SİA-ya açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov deyib.

O bildirib ki, Avropa çempionatı Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarından öncə idmançılarımız üçün önəmli sınaq yarışı olacaq: "Yığma komandamız mütəmadi olaraq yüksək hazırlıq keçir. İdmançılarımız Avropa çempionatında medal qazanmaq əzmindədirlər. Federasiyada dopinqlə ciddi mübarizə aparılır, bir çox tədbirlər həyata keçirilir. Bütün idmançılar həm plana uyğun mütəmadi olaraq dopinq nəzarətindən keçirlər, həm də yarış öncəsi testlər verirlər. Onlar testlərdən keçəndən sonra qorxusuz şəkildə yarışlarda iştirak edirlər".

Qeyd edək ki, Avropa çempionatına 42 ölkədən 324 atlet qatılacaq. Onlardan 144-ü qadın, 180-ı isə kişi idmançılar olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə