Güləşçilərimiz Avropa çempionatında yarışacaqlar HEYƏTLƏR

Güləşçilərimiz Avropa çempionatında yarışacaqlar HEYƏTLƏR

28 mart - 2 aprel 2017-ci il tarixdə Macarıstanın Szombathely şəhərində güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək. SİA-nın məlumatına görə, çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparacaq.

Yarışda ilk olaraq sərbəst güləşçilər xalça üzərinə çıxacaq. Yığma komandanın böyük məşqçisi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında çempionatda Pərviz İbrahimov (57 kq), Əli Rəhimzadə (61 kq), Teymur Məmmədov (65 kq), Hacımurad Ömərov (70 kq), İsmayıl Abdullayev (74 kq), Kənan Əliyev (86 kq), Pərviz Axundov (97 kq) və Umar İsrailov (125 kq) ölkəmizi təmsil edəcək.

Böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında yarışda 7 qadın güləşçimiz iştirak edəcək. Çempionatda ölkəmizi Türkan Nəsirova (48 kq), Leyla Qurbanova (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) təmsil edəcək.

Avropa çempionatının son iki günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq. Gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Şaban Donat və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında yarışa Murad Məmmədov (59 kq), Sənan Süleymanov (66 kq), İslambek Dadov (71 kq), Ruhin Mikayılov (75 kq), Elton Vəzirzadə (80 kq), Arif Niftullayev (85 kq), Orxan Nuriyev (98 kq) və Oyan Nəzəriani (125 kq) yollanacaq.

Çempionatda görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə