“Qalatasaray” qərar verdi: Hakan Şükür klubdan çıxarıldı

“Qalatasaray” qərar verdi: Hakan Şükür klubdan çıxarıldı

Türkiyənin "Qalatasaray" klubu adları FETÖ ilə hallanan keçmiş futbolçuları Hakan Şükür və Arif Ərdəmin klubdan çıxarılmasına qərar verib. Axar.az xəbər verir ki, "Qalatasaray" İdarə Heyəti dünən keçirdiyi toplantıdan sonra açıqlama yayaraq, hər iki keçmiş futbolçunun klubdakı üzvlüyünün ləğv olunmasına qərar verildiyini bildirib. Onlardan başqa daha 2 min 750 nəfər üzvlükdən çıxarılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl keçirilən səsvermə nəticəsində Hakan Şükür və Arif Ərdəmin klubun üzvlüyündə saxlanılması həm ölkə ictimaiyyəti, həm də siyasi dairələr tərəfindən tənqidlə qarşılanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə