DÇ-2018-in seçmə mərhələsində dünən Finlandiyaya 2:0 hesabı ilə qalib gələn Türkiyə millisinin heyətindən 3 futbolçu çıxarılıb. Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bunlar qapıçı Volkan Babacan, müdafiəçi Ömər Toprak və yarımmüdafiəçi Volkaş Şəndir. Hər üç futbolçu baş məşqçi Fatih Terimin icazəsi ilə millinin düşərgəsini tərk edib.Qeyd edək ki, "ay-ulduzlular" martın 27-də Moldova ilə yoxlama oyununda üz-üzə gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB