Sərbəst güləşçilərimiz hazırlıqları Kislovodskda davam etdirirlər FOTOLAR

Sərbəst güləşçilərimiz hazırlıqları Kislovodskda davam etdirirlər FOTOLAR

Güləş yığmalarımız 2017-ci ilin təqvim planına uyğun olaraq qarşıdan gələn yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışlarını davam etdirirlər. SİA-nın məlumatına görə, sərbəst güləş üzrə yığma komandamızın üzvləri martın 18-dən Rusiya Federasiyasının Kislovodsk şəhərində təlim-məşq toplanışındadırlar.

Milli komandanın baş məşqçisi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov və Sadruddin Yaqubovun rəhbərliyi altında yığmanın 25 üzvü Kislovodskda hazırlıq keçir.

Təlim-məşq toplanışı aprelin 1-dək davam edəcək. Ardınca yığma komandamızın üzvləri Bolqarıstanda keçiriləcək Dan Kolov və Nikola Petrovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə