Berti Foqts: "Almanlar qalib gəlmək istəyirsə..."

Berti Foqts: "Almanlar qalib gəlmək istəyirsə..."

"Azərbaycan millisinin 5-6 futbolçusu Bundesliqa və ya Premyer Liqada oynaya biləcək səviyyədədir. Ancaq onlar Azərbaycanda rahatdılar və çox pul qazanırlar. Məhz buna görə xaricə getmirlər". SİA-nın məlumatına görə, bu sözləri millimizin sabiq baş məşqçisi Berti Foqts Almaniya mətbuatına açıqlamasında deyib.

DÇ-2018-in seçmə mərhələsində sabah keçiriləcək Azərbaycan - Almaniya oyununu yayımlayacaq Almaniya televiziyasında ekspert olacaq 70 yaşlı mütəxəssis görüş haqda fikirlərini də bildirib: "Bu, çempionluq matçına bənzəyir. Almanlar qalib gəlmək istəyirsə, Azərbaycan yığmasını səhv etməyə məcbur etməlidir".

Xatırladaq ki, Berti Foqts 2008-2014-cü illərdə Azərbaycan millisini çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə