Tomas Müller: "Qələbə adla deyil, oyunla qazanılır"

Tomas Müller: "Qələbə adla deyil, oyunla qazanılır"

Almaniya millisinin futbolçusu Tomas Müller DÇ-2018-in seçmə mərhələsində millimizlə oyun öncəsi növbəti açıqlama verib. SİA-nın məlumatına görə, o, Azərbaycan millisinə hörmətlə yanaşdıqlarını bildirib: "Özümüzü çox güclü, rəqibi isə zəif hesab etmək bizə başucalığı gətirməz. Futbolda inkişaf edən komandalara hörmət etmək lazımdır. Bizim son dünya çempionu olmağımız hər şeyin bitdiyi anlamına gəlmir. Qələbə adla deyil, meydandakı oyunla qazanılır".

O, Azərbaycan millisinə ciddi rəqib gözü ilə baxdığını bildirib: "Məsuliyyətimizi dərk edirik və Almaniyaya növbəti qələbə ilə qayıtmaq əzmindəyik".

Qeyd edək ki, Azərbaycan - Almaniya görüşü sabah saat 20:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə