Futbol üzrə Almaniya yığması Bakıdadır

Futbol üzrə Almaniya yığması Bakıdadır

DÇ-2018-in seçmə mərhələsində milli komandamızla qarşılaşacaq Almaniya yığması artıq dünəndən Bakıdadır. Apasport.az saytının məlumatına görə, dünən Bakı vaxtı ilə saat 17:30-da Düsseldorfdan çarter reysi ilə yola düşən bundestim təxminən 5 saat yarımlıq uçuşdan sonra Azərbaycana çatıb. Qonaqlar hava limanından birbaşa məskunlaşacaqları "Boulevard Hotel"ə yollanıblar.

Almaniya yığması Bakıdakı yeganə məşqinə bu gün saat 17:45-də çıxacaq. Hazırlıq prosesi oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu martın 26-da saat 20:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə