UEFA "Beşiktaş"ın futbolçusunu cəzalandırıb

UEFA "Beşiktaş"ın futbolçusunu cəzalandırıb

UEFA "Beşiktaş"ın futbolçusu Vinsent Abubakarı cəzalandırıb. Qurumun rəsmi saytında yer alan xəbərə görə, İntizam Komitəsi kamerunlu forvarda 3 oyunluq cəza verib. 25 yaşlı hücumçu Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində Fransanın "Lion" klubuna qarşı matçlarda və komandası yarımfinala yüksələrsə, mərhələnin ilk oyununda iştirak edə bilməyəcək.

Qeyd edək ki, Abubakar Avroliqanın 1/8 final mərhələsində "Olimpiakos"la görüşdə rəqib futbolçusuna başla zərbə vurduğu üçün qırmızı vərəqə ilə cəzalandırılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə