Yunanıstanın "Olimpiakos" klubunun yeni baş məşqçisi bəlli olub. Yunan klubunun rəsmi saytında yer alan xəbərə görə, komandanı Takis Lemonis çalışdıracaq. 57 yaşlı mütəxəssislə bügünlərdə müqavilə imzalanacaq. Lemonis Paulu Bentonun qovulmasından sonra baş məşqçi vəzifəsini müvəqqəti icra edən Vasilis Vuzası əvəzləyib. Qeyd edək ki, daha əvvəl də "Olimpiakos"u çalışdıran T.Lemonis komanda ilə 4 dəfə superliqanın qalibi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB